Qaradağ rayonu, Lökbatan qəsəbəsində 20 Yanvar faciəsi əlilləri və şəhid ailələri ilə görüş keçirilib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov 20 Yanvar hadisələrinin xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz kimi qiymətləndirib. O qeyd edib ki, xalqımızın qan yaddaşına silinməz faciə kimi yazılmış 20 Yanvarı milli matəm, hüzn günü kimi qeyd etdiyimizə baxmayaraq, eyni zamanda xalqımızın tarixində bir qəhrəmanlıq səhifəsi olub: "SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi bu qanlı cinayət xalq kütlələrini birləşdirərək, onların mübarizliyini daha da artıraraq, Azərbaycan xalqının özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan edib. Ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan tarixində Qanlı Yanvar faciəsi kimi yadda qalan 1990-cı ilin 20 Yanvar hadisələrinin səbəbləri və nəticələri daha dəqiq araşdırıldı. Daha sonra 1994-cü ildə müstəqil Azərbaycan Respublikası 20 Yanvar faciəsinin hərbi təcavüz və cinayət kimi tam siyasi-hüquqi qiymətini verdi".
Görüşün sonunda Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov 20 Yanvar faciəsi əlillərinin və şəhid ailələrinin problemləri ilə maraqlanıb, onlara maddi və ərzaq yardımı göstərib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB