Bu gün Memarlıq və İnşaat Universitetində 20 Yanvar şəhidləri anılıb. 20 Yanvar hadisələrinin 24-cü ildönümünə həsr olunmuş anım mərasimində çıxış edən Universitetin rektoru Gülçöhrə Məmmədova deyib ki, bu gün Azərbaycan xalqının tarixinə qanli yanvar günü kimi yox, milli qürur günü kimi yalzılıb.
"20 yanvar Memarlıq və İnşaat Universitetinin tarixinə də qara hərflərlə yazıldı. Ancaq vətən uğrunda şəhid olan tələbələrimiz qürur yerimiz oldu. O gün Universitetin 4 tələbəsi öz qanı ilə Azərbaycanın müstəqilliyini tarixə yazan vətən övladları sırasında oldu. AzMİU-nun tələbələri Fuad Babayev, Ələskər Qayıbov, Mehman Muradov və Bayram Əliyev 20 yanvar günü canlarını vətən yolunda qurban verdilər". Rektor gənclərə üzünü tutaraq deyib ki, bu mərasimin hər il keçirilməsi vacibdir, məqsədsə bu hadisəni dünya ictimaiyyətinin diqqətinə çatdırmaq və 20 yanvar faciəsinə hüquqi qiymət verilməsinə nail olmaqdır.
Tədbirdə çıxış edən tələbə gənclər çıxışlarında xalqımızın belə övladları ilə daim qürur duyacaqlarını söylədilər.O da vurğulandı ki,1990-cı ilin qanlı yanvarında Respublikamızın azadlığı və müstəqilliyi uğrunda şəhidlik zirvəsinə ucalmış vətən övladlarımız özlərinin fədakarlığı ilə xalqımızın qəhrəmanlıq səlnaməsinə parlaq səhifələr yazdılar.
Tədbirin sonunda Universitetin foyesindəki xatirə guşəsinin önünə tər qərənfil dəstələri qoyuldu.Vətənimizin azadlığı və suverenliyi uğrunda həlak olmuş bütün şəhidklərimizə ulu tanrıdan rəhmət diləndi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB