Misir Mərdənov Milli Aerokosmik agentliyinin əməkdaşları ilə görüşüb FOTO

Misir Mərdənov Milli Aerokosmik agentliyinin əməkdaşları ilə görüşüb FOTO

AMEA-nın Riyaziyyat və Mexanika institutunun əməkdaşları Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Aerokosmik agentliyinin əməkdaşları ilə görüş keçiriblər. SİA-nın xəbərinə görə, görüşün önəmindən bəhs edən Riyaziyyat və Mexanika institutunun direktoru Misir Mərdanov elmi əməkdaşlığın ölkənin müdafiə sənayesinin inkişafına tövhə olacağını bildirib.

Onun sözlərinə görə, elm işçilərinin prioritet sahə üzrə birgə işləmələri həm elmin, həm də müdafiə sənayesinin inkişafına təkan verəcək: " Milli Aerokosmik agentliyinin əməkdaşları tədqiqat işlərini institutun elmi jurnalına çap etdirə biləcəklər".

Agentliyin direktoru Alçın Şirinzadə görüşün keçirilməsinin təqdirəlayiq hal olduğunu ifadə edərək belə görüşlərin tez-tez keçirilməsinin vacibliyini vurğulayaraq, Azərbaycanda bu il ilk dəfə keçiriləcək Ümumi dünya sərgisinə hazırlıq üçün Riyaziyyat və Mexanika institunun alimlərinin fikirlərinə ehtiyac olduğunu bildirib: "Elmi əməkdaşlığın qurulması Azərbaycan Milli Elmlər Akademiyasının uğurudur. Əməkdaşlığın rəsmiləşdirilməsi üçün protokol tərtib edilib".

Qeyd edək ki, bu, Riyaziyyat və Mexanika institunun Milli Aerokosmik agentliyinin əməkdaşları ilə ilk görüşü deyil. Onlar bir həftə öncə Müdafiə Sənayesi Nazirliyində görüş keçiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə