"QHT-lərlə bağlı qanunlara edilən dəyişikliklərlə bağlı narazılıqların olması yolverilməzdir"

"QHT-lərlə bağlı qanunlara edilən dəyişikliklərlə bağlı narazılıqların olması yolverilməzdir"

"Parlamentdə QHT-lərlə bağlı qanunlara edilən dəyişikliklərlə bağlı bəzi təşkilatların narazılıq etməsi yolverilməz haldır". SİA-nın məlumatına görə, bu sözləri QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev jurnalistlərə açıqlama verərkən deyib.

Onun sözlərinə görə, üsul və dəyişikliklərlə bağlı bəzi QHT-lər tərəfindən irəli sürülən narazıçılıqlarla tanışıq: "Hesab edirik ki, QHT-lərlə bağlı parlamentdə qəbul olunan qanunlara edilən dəyişiklərə yanaşma o qədər də adekvat deyil. Təəssüflər olsun ki, bəzi QHT-lər parlamentin qəbul etdiyi qanunlara hüquqi müstəvidən çox, siyasi müstəvidən baxırlar. Hesab edirəm ki, bu yolverilməzdir. Təbii ki, hər bir QHT hər hansı bir məsələ ilə bağlı fikir bildirə bilər. Amma bunların hamısı hüquq çərçivəsində olmalıdır. İndiyə qədər heç bir QHT-dən bununla bağlı rəsmi sənəd almamşıq. Lakin mətbuatda bəzi QHT-lərin narazılıqları ilə bağlı fikirləri ilə tanışıq və bununla bağlı bizim də öz fikirlərimiz var. Hesab edirəm ki, qəbul edilən qanunlar Azərbaycanın beyməlxalq təşkilatlar qarşısında götürdüyü öhədliklər çərçivəsindədir. Qanunlara edilən dəyişikliklər də bütövlükdə qeyri-hökumət təşkilatları sahəsində ciddi nizam-intizamın yaradılması, QHT sektorunun bir qurum olaraq öz işini daha ciddi şəkildə yanaşmasını təmin edir. Şura hər bir məsələdə QHT-lərin yanında olub onların maraqlarını müdafiə edir, təbii ki bu maraqlar qanuni şəkildə və dövlətin maraqlarından üstün olmamalıdır. Biz bu münasibətləri uzlaşdırmağa çalışırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə