"Şuranın layihə təqdimatı ilə etdiyi dəyişiklilər düşünülmüş şəkildə tətbiq edilib". SİA-nın məlumatına görə, bu sözləri QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev jurnalistlərə açıqlama verərkən deyib.
Onun sözlərinə görə, QHT-lərdən qeydiyyatdan çıxarılış dövlət reystrinin əldə olunması çox mühüm bir məsələ idi: "Elə QHT-lər var idi ki, onların sədrinin kim olduğu bilinmirdi. Legitim qurumu varmı, yoxmu, onun idarə heyyəti nə qədər səlahiyyətlidir və bu kimi sullar meydana çıxırdı ki, onlara aydınlıq gətirə bilmirdik. Bəzi təşkilatlar var idi ki, QHT-yə məxsus möhürü təşkilatın bir üzvü gəzdirirdi, lakin iddalı şəxs kimi digəri çıxış edirdi. Bu halların qarşısının alınması üçün Şura bütün QHT-lərdən dövlət qeydiyyatından çıxarış təqdim etməyi qərarını qəbul edib. Əlbəttə ki, bu bəzi QHT-lər üçün yenilik oldu. Ədliyyə Nazirliyinin dövlət qeydiyyat idarəsi çox ciddi bir rejimdə işlədi. Demək olar ki, onlar qarşılarına qoyduqları məqsədlərə nail oldular. Hazırda Şuraya 480-dən çox layihə təklifi daxil olub və bu təkliflərin bəzilərində reystr çatışmır. İlk mərhələ texniki seleksiya mərhələsidir. 10-larla QHT texniki seleksiyadan keçə bilməyəcək. Ona görə ki, onlar dövlət reystrindən çıxarış verməyiblər. Hesab edirəm ki, layihələrin təqdimatı ilə bağlı yeni qaydalar QHT lər üçün mühüm problem yaratmayacaq. Çıxarış təqdim edə bilməyən QHT-lər növbəti aylarda problemi həll edərək digər müsabiqələrdə iştirak edə biləcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB