Azay Quliyev: "30 xarici QHT-yə maliyyə yardımə ayrılıb"

Azay Quliyev: "30 xarici QHT-yə maliyyə yardımə ayrılıb"

"QHT-lərə Dövlət Dəstəyi Şurası 30 xarici QHT-yə maliyyə yardımı ayırıb". SİA-nın xəbərinə görə, bunu QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev jurnalistlərə verdiyi açıqlamasında deyib.

Onun sözlərinə görə, həmin QHT-lərə 5 istiqamətdə mövzu təqdim edilib: "Birinci istiqamət insan hüquq və azadlıqlarının qorunması, ikincisi Dağlıq Qarabağ probleminin həllində QHT-lərin rolunun artırılması və töhfələrin verilməsi, üçüncü istiqamət isə Xocalı soyqırımının tanıdılmasından ibarətdir. Hansı ki, son illər bizim bu istiqamətdə mühüm nailiyətlərimiz var. Bir neçə ölkənin parlamenti "Xocalı soyqırı"mını qəbul edib. Dördüncü istiqamətə mədəniyyətlərarası dialoqun gücləndirilməsi daxildir. Bu mövzü da Azərbaycanda prioritet mövzulardan sayılır. Bilirsiniz ki, bu mövzuda ölkəmiz modern bir ölkəyə çevrilib. Artıq bir çox ölkələr Azərbaycanın təcrübəsini öyrənir. Beşinci istiqamətə İslamafobiya, ksenofobiya və hər cür irqçiliyin əleyhinə olan fəaliyyətin dəstəklənməsi daxildir. Son illər dünyada bununla bağlı ciddi narahatlıqlar mövcüddur. Bir çox ölkələrdə dini, irqi zəmnində münaqişələr baş verir. Xüsusilə də azərbaycanlılarla bağlı Rusiyada arzuolunmaz hadisələrlə qarşılaşdıq. Ona görə də belə qərara gəldik ki, bu mövzu ilə bağlı vətəndaş cəmiyyəti institutları da öz sözlərini deməlidirlər".

A.Quliyev vurğulayıb ki, dünyanın ən tanınan, nüfuzlu beynəlxalq qurumları bu müsabiqəyə qatılıblar: "Müəyyən səbəblərə görə bu müsabiqə haqqında çox detallı məlumatlar verə bilmirik. Elə məsələlər var ki, o detallar haqqında məlumatın verilməsi bizi istəməyən qüvvələrin fəallaşmasına gətirib çıxara bilər. Artıq layihələrin icrasına başlanılıb. Avropa ölkələrin də bizim çox uğurlu tədbirlərimiz olub. Bu ay ərzində bir neçə ölkədə tədbirlərimiz planlaşdırılır. Növbəti aylarda bu tədbirlər davam etdiriləcək. Düşünürəm ki, Azərbaycanın, bütövlükdə strateji məsələlərin həllində, beynəlxalq imicimizin daha da möhkəmlənməsində, milli maraqlarımızın ayrı-ayrı ölkələrində təbliğində bu cür layihələrin çox mühüm rolu var".

Bütün xəbərlər Facebook səhifəmizdə