Büdcəsi 80 milyard avro olan proqramın təqdimatı keçirilib FOTO

Büdcəsi 80 milyard avro olan proqramın təqdimatı keçirilib FOTO

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətində Avropa İttifaqının FP-7 Çərçivə Proqramının davamı olan "Horizon- 2020" proqramının təqdimatı keçirilib. SİA-nın məlumatına görə, təqdimat mərasimində ilk olaraq çıxəş edən AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Qulam Babayev layihə barədə tədbir iştirakçılarına geniş məlumat verib.

Onun sözlərinə görə, 7 il müddətinə nəzərdə tutulan bu proqram AMEA-nın alimlərinin qrant layihələrdə iştirakını təmin etmək məqsədi daşıyır: "Bununla yanaşı, layihə vasitəsi ilə elmin inkişafının daha yüksək səviyyədə qaldırılması, innovasiya və elmi tədqiqatların səaneyədə tətbiqi, cəmiyyətdə sağlam həyat və qida təhlükəsizliyi, ətraf mühitin qorunması kimi sahələrdə tədqiqat layihələrini həyata keçirmək mümkün olacaq. Layihənin büdcəsi 80 milyard avro civarındadır. 2013-cü ilin dekabrın 11-də Avropa Komissiyası İnformasiya Kommunikasiya Texnologiyaları üzrə "Horizon 2020" proqramı çərçivəsində ilk müsabiqə sini elan edib. Elan edilən müsabiqəyə bu ilin aprel ayının 23-də yekun vurulacaq".

Daha sonra Kibernetika İnstitutunun xarici əlaqələr şöbəsinin müdiri Tofiq Babayev layihənin üstünlükləri əsas istiqamətlərini özündə əks etdirən təqdimatla çıxış edib.

Qeyd edək ki, bugünkü tədbir AMEA Rəyasət Heyətinin Mərkəzi aparatının Beynəlxalaq əlaqələr idarəsinin təşkilatçılığı ilə həyata keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə