Yanvarın 16-da Lənkəran şəhər Gənclər və İdman İdarəsində 20 Yanvar hadisələri mövzusunda dəyirmi masa təşkil edilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, 40 nəfər gəncin iştirak etdiyi dəyirmi masada ilk olaraq 20 yanvar şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla anılıb. Tədbiri giriş sözü ilə İdarənin rəis müavini Nazim Vəliyev açaraq bildirib ki, 1990-cı ilin Yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin gecədə həlak olan vətəndaşlarımız Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar.
Ardından idarənin baş məsləhətçisi Sadiq Həmidov çıxış edərək bildirib ki, 20 Yanvar hadisələrindən illər keçsə də şəhidlərimiz unudulmur və respublikanın bütün şəhər və rayonlarında hər il bu tarixdə minlərlə insan Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün Şəhidlər Xiyabanını ziyarət edir.
Tədbirdə iştirak edən Lənkəran Dövlət Humanitar Kollecinin və Lənkəran Tibb Kollecinin tələbələri də çıxış edərək öz fikirlərini bildiriblər.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB