Lənkəranda ’’20 yanvar - istiqlalın qanlı və şanlı səhifəsi’’ adlı tədbir keçirilib FOTO

Lənkəranda ’’20 yanvar - istiqlalın qanlı və şanlı səhifəsi’’ adlı tədbir keçirilib FOTO

Lənkəranda Heydər Əliyev Mərkəzində ’’20 yanvar - istiqlalın qanlı və şanlı səhifəsi’’ adlı kütləvi tədbir keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, əvvəlcə tədbir iştirakçıları Vətənin istiqlalı uğrunda canlarını qurban vermiş şəhid oğul və qızlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad edib, qanlı hadisə ilə bağlı lentə alınmış sənədli filmə baxıblar.

Sonra Mərkəzin əməkdaşı Aygün İbrahimova, Heydər Əliyev İrsi Araşdırmalar Mərkəzinin Lənkəran bürosunun rəhbəri Sevinc Hüseynova və başqaları çıxış edərək xalqımızın əsrlər boyu uğrunda mübarizə apardığı müstəqillik yollarında qarşılaşdığı məşəqqətli, faciəli səhnələrin və ağrılı günlərin silinməz izlərini bir daha yaddaşlara gətiriblər. Qeyd olunub ki, sovet imperiyasının qoşun birləşmələri tətəfindən 1990-cı ilin 20 yanvarında xalqımızın milli azadlıq hərəkatına qarşı böyük bir cinayət törədilib. Lakin tökülən nahaq qanlar, milli mənliyimizə qarşı olan vəhşiliklər xalqımızın mübarizə əzmini qıra bilməyib, azadlığa, müstəqilliyə əbədi olaraq yol açıb. Sonda bədii qiraətçilərin ifasında vətənpərvərlik hisslərini canlandıran kompozisiya təqdim olunub.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə