Azərbaycan Prezident yanında Gənclər Fondunun təşkilatlar üçün olan əvvəlki qrant müsabiqəsində (III qrant) Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təqdim etdiyi 17 layihə qalib olub. ATGTİ-nin Layihələr departamentinin direktoru Elvin Hüseynzadənin SİA-ya verdiyi məlumata görə, bu layihələr ATGTİ-nin və 16 Tələbə Gənclər Təşkilatlarının(TGT) layihələrini əhatə edib: "Bunlardan 1-i Naxçıvanda, 5-i Bakıda olmaqla 6 olimpiada olub. Olimpiadalar 6000-ə yaxın tələbəni əhatə edib və müxtəlif istiqamətlər üzrə keçirilib. Bunlarla yanaşı memarlıq, ekologiya, sağlamlıq, gənclərin təhsil aldıqları ixtisaslarla bağlı, həmçinin tələbə-müəllimlərin düşərgəsi istiqamətindəlayihələr baş tutub. Qalib olmuş layihələrdən "Prezident təqaüdçüsü gənclərin forumu" və Bakı Dövlət Universiteti TGT-sinin təqdim etdiyi "Hüquqşünasların I Forumu" layihələri forumdur. Bu iki layihənin hazırlıq mərhələsi artıq başlayıb".
Elvin Hüseynzadə bildirib ki, AzGF-nin V qrant müsabiqəsi üçün TGT-lərin və fərdi tələblərin layihələrinin hazırlanması və fonda təqdim olunması mərhələsinə başlayıb: "TGT-lərin layihələri A kateqoriyası üçün, tələblələrin isə C kateqoriyası üzrə fonda veilir. Bunun üçün hər hansı ideyası olan TGT-lər və tələbələr layihələr departamentinin "TGT-lərin və tələbələrin layihələri üzrə iş" hissəsinin əməkdaşları ilə görüşlər keçirib təqdim etmək istədikləri layihələri müzakirə edirlər".
Qeyd edək ki, ali və orta ixtisas təhsil müəssisələrinin TGT-ləri tələbələrə layihələrin yazılaması təlimini keçirilməsi üçün ATGTİ-yə müraciət edə bilərlər. Artıq departament tərəfindən 2 təhsil müəssisəsinin tələbələri üçün təlimlər keçirilib. Təlimlərin məqsədi TGT-lərin layihələri sərbəst şəkildə hazırlamalarına dəstək olmaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB