Nizami Gəncəvi Beynəlxalq Mərkəzi yanvarın 14-də cari ilin aprel ayında Bakıda keçirilməsi nəzərdə tutulan II "Global Shared Societies" Forumuna hazırlıq prosesinin müzakirəsi üçün İtaliyanın sabiq Baş naziri Romano Prodi ilə (1999-2004) görüş keçirib. Diasporla İş Üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüşdə Romano Prodi aktual məsələlərin müzakirəsi məqsədilə keçiriləcək Forumun dünya üçün əhəmiyyətli olacağını vurğulayıb. O, eyni zamanda, Mərkəzin həyata keçirdiyi önəmli beynəlxalq layihələrini dəstəklədiyini də bildirib.
Qeyd edək ki, II "Global Shared Societies" Forumu Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Madrid Klubunun birgə təşəbbüsü ilə keçiriləcək. I Cənubi Qafqaz Forumu dünyanın 60-dan çox sabiq ölkə və hökumət rəhbəri cəlb olunduğu mühüm şəbəkədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB