Cəbhə bölgəsində partlayış səsləri eşidildi

Cəbhə bölgəsində partlayış səsləri eşidildi

Ağdamın Ergi düzündə tank əleyhinə mina və tank mərmisi tapılıb. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, hərbi sursatları Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi aşkar edib. Əməliyyatçıların bir neçə gündə tapdığı minalardan üçü TM-57, ikisi TM-62 markalı tank əleyhinə mina olub. Bundan başqa, müharibə dövründən qalan 100 mm-lik bir ədəd tank mərmisi tapılıb.

Qeyd edək ki, döyüş başlıqları üzərində olmadığından sursatlar ərazidən götürülərək partlayış yolu ilə zərərsizləşdirilib.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə