Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, Bakı Slavyan Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Kamal Abdullanın 2013-cü ildə xarici ölkələrdə bir sıra kitabları işıq üzü görüb. SİA-nnı xəbərinə görə, yazarın 7 müxtəlif dildə tanınmış xarici alim və ictimai xadimlərin ön sözü ilə yayımlanan kitabları Avropada xüsusi maraqla qarşılanıb.
Müəllifin geniş oxucu auditoriyası qazanan "Yarımçıq əlyazma" romanı ingilis, alman, fransız və qazax dillərində çap olunub və ABŞ, Avstriya, Fransa və Qazaxıstanda təqdimatı keçirilib. Roman Fransada İNALKO professoru Klod Aliberin ön sözü ilə 2-ci dəfə çap olunub. Kitabın alman dilində nəşrinin fevralda Humbolt adına Berlin Universitetində də təqdimatı nəzərdə tutulur.
Yazarın "Sehrbazlar dərəsi" romanı Litvada və Yaponiyanın Osaka Universitetinin professoru Takayuki Murakaminin ön sözü ilə Yaponiyada oxucuların ixtiyarına verilib. Kamal Abdullanın bu il Türkiyədə çap olunan "Gizli Dədə Qorqud" kitabı Azərbaycan xalqının mədəni keçmişi və bədii təfəkkürün mifdən yazıya köçürüldüyü mərhələnin elmi tədqiqinin nəticəsidir.
Qeyd edək ki, ümumilikdə 11 dildə çap olunan "Yarımçıq əlyazma" romanının ingilis dilində ABŞ nəşri "Avropa Azərbaycanlıları" Cəmiyyətinin dəstəyi ilə Londonun məşhur "Woters Stone" kitab evində, almanca versiyası isə Avstriyanın Qrass Universitetində çoxsaylı tərcüməçi, ingilisdilli və almandilli ədəbiyyat nümayəndələrinin iştirakı ilə ictimaiyyətə təqdim olunmuş, ətraflı müzakirə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB