QKDK-da 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirilib

QKDK-da 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirilib

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK), Milli Depozit Mərkəzi (MDM) və Bakı Fond Birjasının (BFB) əməkdaşlarının iştirakilə "20 Yanvar faciəsi"nin 24-cü ildönümü ilə əlaqədar anım mərasimi təşkil edilib. SİA-nın xəbərinə görə, tədbirin əvvəlində qanlı yanvar faciəsi zamanı şəhid olan insanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra tədbir iştirakçıları 24 il öncə baş verən qanlı yanvar hadisələri zamanı azadlığımız üçün canlarından keçən hər bir vətəndaşın xatirəsinin qürurla anıldığını bildirərək, həmin gecə baş verən faciənin müstəqil və müasir Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsinə həkk olunduğunu qeyd ediblər.

Tədbirdə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet imperiyasının ağır hərbi texnika ilə silahlanan ordusunun törətdiyi faciəyəyə etiraz olaraq özünəməxsus cəsarət və qətiyyətlə seçilən Ümummilli lider Heydər Əliyev tərəfindən Sovet rəhbərliyinin siyasətinə öz qəti etirazını bəyan etdiyi vurğulanıb.

Çıxışçılar tərəfindən məhz Ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə yenidən qayıdışından sonra onun təşəbbüsü ilə qanlı yanvar hadisələrinə siyasi-huquqi qiymət verildiyini faciənin dünya ictimaiyyətinə döğru, düzgün çatdırılmasında və beynəlxalq müstəvidə tanıdılmasında mühüm rol oynadığı bildirilib.

Tədbirin davamında 20 yanvar hadisələrindən bəhs edən "Müqəddəs məkan" sənədli filmi nümayiş olunub.

Sonda tədbir iştirakçıları şəhidlərimizin parlaq xatirəsini hər zaman əziz tutacaqlarını və qanlı yanvar hadisələrini təkcə faciə günümüz yox, həm də tariximizin şərəfli səhifələrindən biri olduğunu qeyd ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə