Bu gün Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin (YAP GB) ofisində "İdeyanı Bizlə Paylaş" layihəsinin 2-ci mərhələsini uğurla bitirən gənclərin sertifikatlandırma mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə ilk çıxış edən YAP GB-nin sədri Seymur Orucov bildirib ki, layihə çərçivəsində gənclər layihələrin necə yazılması, təqdim edilməsi, donorlarla işin təşkili və digər sullara cavab tapıblar.
Onun sözlərinə görə, layihə artıq ikinci dəfədir ki, uğurla baş çatır: "Ötən il layihənin ilkin mərhələsi ilə bağlı bir sıra gəncə sertifikat verilib. Layihənin ikinci dəfə həyata keçirilməsi ona ehtiyac olduğunu bir daha özünü göstərdi. Biz çox sevinirik ki, layihə vasitəsilə gənclərə nəsə öyrədə bilmişik. Bu, bizim üçün çox önəmlidir".
Daha sonra tədbirdə layihənin yekun imtahanından uğurla keçən gənclərə sertifikat paylanıb.
Tədbirdə həmçinin "İdeyanı Bizlə Paylaş" layihəsinin videoçarxı təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB