Sürücülərə xəbərdarlıq maşınlarınızı həmin ərazilərdə saxlamayın!

Sürücülərə xəbərdarlıq maşınlarınızı həmin ərazilərdə saxlamayın!

"Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti (ASC) sürücülərə xəbərdarlıq edib. Buna səbəb isə Ziya Bünyadov prospektinin Əliyar Əliyev küçəsi ilə kəsişməsindən Böyükşor qəsəbəsinə qədər olan hissədə yol qovşaqları, piyada keçidləri və yolun əsaslı təmir işləri aparılmasıdır.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev SİA-ya açıqlamasında deyib ki, adıçəkilən ərazidə yolun sağ və sol hissələrində nəqliyyat vasitələrinin saxlanması təmir işlərinin aparılmasına maneə törədir: "Bu səbəbdən də sürücülərə bu ərazilərdə avtomobillərini saxlamamağı tövsiyə edirik. Çünki qazıntı işləri aparıldığından, sonradan avtomobilin həmin ərazidən çıxarılmasında problem yarana bilər. Belə olduğu halda avtomobillər həmin ərazidən cərimə meydançasına aparılacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə