XX əsrin sonlarında Azərbaycanda müstəqillik uğrunda baş qaldıran milli-azadlıq hərəkatı sonrakı mərhələdə müstəqilliyimizin bünövrəsini qoydu. Ancaq o vaxtkı SSRİ rəhbərliyi sapı özümüzdən olan baltalardan istifadə etməklə, xalqın mübarizə əzmini qırmağa səy göstərmişdi. Məhz buna görə də, xalqımız üçün bu dövr çox keşməkeşli və ağır olmuşdu. Bu yolda itkilərimiz də az olmadı. 1990-cı il yanvarın 20-də sovet imperiyasının xalqımıza qarşı törətdiyi əməlləri ən qəddar və amansız vəhşilik hesab etmək olar. Bu il artıq bu faciədən 24 il keçir. Bununla əlaqədar olaraq ölkəmizin hər yerində anım mərasimləri təşkil olunur. Yeni Azərbaycan Partiyasının (YAP) bütün rayon təşkilatları kimi Quba rayon təşkilatı da bu ildönümü ilə əlaqədar tədbirlər keçirir.
Belə ki, YAP Quba rayon təşkilatı Müəllimlər İnstitutunun Quba filialı ilə birgə 20 yanvar şəhidlərini anım tədbiri keçirib.
Tədbirdə öncə 20 yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra çıxış edən tədbir iştirakçıları həmin dövrdə baş vermiş hadisələrdən və şəhidlərin göstərdiyi qəhrəmanlıqlardan danışıblar.
Cahid Süleymanov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB