Ziya Məmmədov Şabranda vətəndaşları qəbul edəcək

Ziya Məmmədov Şabranda vətəndaşları qəbul edəcək

Vətəndaşların qəbulu və müraciətlərinə baxılması, mövcud nəqliyyat problemlərinin araşdırılması və həll edilməsi məqsədi ilə nəqliyyat naziri Ziya Məmmədov yanvarın 24-də Şabran rayonunda Şabran, Siyəzən və Xaçmaz rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.

SİA Nəqliyyat Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı yanvarın 22-də saat 09:00-dan 18:00-dək müvafiq olaraq aşağıdakı ünvanlarda aparılacaq:

• Şabran "87 saylı Yol İstismarı" MMC (Şabran şəhəri, Bakı-Quba avtomobil yolunun 124-cü km-i)

• Siyəzən "4 saylı Yol İstismarı İdarəsi" (Siyəzən şəhəri, H.Əliyev küçəsi, 153)

• Xaçmaz "5 saylı Yol İstismarı İdarəsi" (Xaçmaz rayonu, Müşfiq qəsəbəsi)

Bütün xəbərlər Facebook səhifəmizdə