ATƏT-in şəxsi nümayəndəsinin səhra köməkçiləri bu gün cəbhənin Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında monitorinq keçirib. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov və Piter Svedberq, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Jiri Aberle və şəxsi köməkçisi Uilyam Prayor keçiriblər.
Qoşunların təmas xəttində hər iki tərəfin iştirakı ilə keçirdilən monitorinq insidentsiz başa çatıb. Monitorinq iştirakçıları ilk öncə Ağcabədi rayon icra hakimiyyətində olublar. Bildirilib ki, 2013-cü ilin 6 iyundan 2014-cü ilin yanvarına qədər 680 dəfə atəşkəs pozulub. Bu müddət ərzində cəbhə xəttində bir hərbçi snayperlə vurularaq yaralanıb. Muradov Əlif Firdovsi oğlu isə Kurapatkino kənd ətrafında döyüş postunda şəhid olub.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB