Avropa Parlament Assambleyasının üzvü, İslandiya parlamentinin deputatı, ölkəsinin keçmiş daxili işlər naziri Ogmundur Yonasson və Assambleyanın digər üzvü, Finlandiyanın tanınmış ictimai-siyasi xadimi Jaakko Laakso bu gün Ağdam rayonuna səfər ediblər. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, qonaqlar Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqovla görüşüblər.
RİH-də xarici qonaqlara Dağlıq Qarabağın tarixi, münaqişənin gətirdiyi fəlakətlər, qaçqın və məcburi köçkünlərə dövlət qayğısı haqda geniş məlumat verilib. Bundan sonra O. Yonasson və J. Laakso rayonun cəbhəyanı yaşayış məntəqələrinə də baş çəkiblər. Onlar təmas xəttində yaşayan insanların həyat tərzi, onların yaşadığı şərait və dolanışıq səviyyələri ilə yaxından tanış olublar. Ermənilərin atəşkəs zamanı hədəfə aldığı evlərin divarlarında güllə izlərini maraqla seyr edən xaricilər burada yaşayan insanların yaşam tərzinə təəccüblərini də ifadə ediblər.
Qonaqlar Ağdam ərazisində məcburi köçkün qəsəbəsində köçkün ailələrində olublar, onların həyat səviyyəsi ilə də maraqlanıblar.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB