Nuşirəvan Məhərrəmli: “Yeni kanal bütün bölgə və rayonları əhatə edəcək” AÇIQLAMA
"Yeni televiziya kanalı regionlarda baş verən prosesləri işıqlandırmaq üçün nəzərdə tutulub". Bu sözləri SİA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli yeni televiziya yayım kanalının açılması ilə bağlı danışarkən deyib.
MTRŞ sədrinin sözlərinə görə, regionlarda baş verən proseslər indiki televiziya kanallarında lazımi qədər yayımlanmır: "Çox təəssüf ki, hazırda yayımlanan kanallar bölgədəki və regionlarda baş verən hadisələri yetərincə işıqlandırmırlar. Ona görə də yeni kanal bütün bölgə və rayonları əhatə edəcək.
MTRŞ sədri vurğulayıb ki, ölkəmizdə belə bir kanala ehtiyac var: "Çox istərdik ki, regionlarımızın inkişafına xüsusi önəm verən bir televiziya kanalı fəaliyyət göstərsin".
Xatırladaq ki, ötən gün Milli Televiziya və Radio Şurasının iclası keçirilib. İclasda yeni televiziya yayım kanalının açılması imkanları araşdırılıb və yeni televiziya yayım kanalının açılması üçün müsabiqə elan edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB