Cənubi Koreyanın pedaqoq heyəti Gəncədədir FOTO

Cənubi Koreyanın pedaqoq heyəti Gəncədədir FOTO

"Salam Dost" şirkətinin təşkilatçılığı ilə Cənubi Koreyanın 50-ə yaxın müəllim, tələbə və şagirdləri 3 saylı Gəncə peşə litseyində olublar. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, məqsəd Azərbaycanla, xalqımızın milli adət-ənənələri tanış olmaq, bunu Cənubi Koreyada təbliğ etməkdir. İlk dəfə Respublikada olan qonaqlar Gəncədən əvvəl paytaxt Bakı, Şamaxı, İsmayıllı, Mingəçevir və Goranboyda olublar. Qeyd edək ki, 2000-ci ildən fəaliyyət göstərən "Salam Dost" şirkətinin təşkilatçılığı ilə Cənubi Koreyadan olan nümayəndələr Çin, İran, Hindistan və Fələstinə səfər ediblər.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə