01.01.2014-cü il tarixindən etibarən şəhərin küçələrində küçə ticarətinə, qəzet və jurnalların səyyar satış nöqtələrinə Bakı Şəhər Ticarət və Xidmət Departamenti tərəfindən verilmiş icazələr ləğv olunub. Bu barədə SİA-ya Bakı Şəhər Ticarət və Xidmət Departamentindən məlumat verilib.
Məlumata əsasən, bundan sonra şəhər ərazisində küçə ticarətinə yol verilməyəcək, qəzet və jurnalların satışı isə yalnız şəhərdə quraşdırılan dünya standartlarına cavab verən köşklərdə həyata keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB