"Regionlarda 4 və ya 5 "ASAN xidmət" mərkəzinin açılması planlaşdırılır"
"Bu il regionlarda 4 və ya 5 "ASAN xidmət" mərkəzinin açılması planlaşdırılır". SİA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov 2013-cü ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.
Onun sözlərinə görə, mart ayında da Bakının Sabunçu rayonunda 4 saylı "ASAN xidmət" mərkəzinin açılması planlaşdırılır: "Bu mərkəz fəaliyyətə başladıqdan sonra Bakıda qeydiyyat yerindən asılı olmayaraq vətəndaşlar istənilən mərkəzə müraciət edə biləcəklər".
İ.Kərimov qeyd edib ki, fevral ayından etibarən isə Bakıda da vətəndaşlara səyyar formada "ASAN xidmət" göstərilməsinə başlanacaq: "Yəni, vətəndaşlar mərkəzlərə gəlmədən bu xidməti sifariş edə biləcəklər. Əlillər və sağlamlıq imkanları məhdud olan uşaqlar istisna olmaqla, bu xidmət müəyyən xidmət haqqı ödəmək şərtilə həyata keçiriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB