Prinsipiallıq və təşəbbüskarlıq göstərməkdən çəkinməyin həftəlik ulduz falı

Prinsipiallıq və təşəbbüskarlıq göstərməkdən çəkinməyin həftəlik ulduz falı

OĞLAQLARIN Yeni il başlanandan iş qabiliyyəti və enerjisi artıb. İndi sizin üçün qollarınızı çırmayıb işdən yapışmaq vaxtıdır. Bu həftə istər işgüzar sahədə, istərsə də şəxsi münasibətlərdə xeyli fəallaşmaq imkanınız olacaq. Amma unutmayın ki, mənfi nəticələrdən qaçmaq üçün yaxınlarınızla məsləhətləşmədən qəti qərarlar qəbul etmək lazım deyildir.

DOLÇALARI yüksək fəallıq fonunda keçəcək bir həftə gözləyir. Əsas odur ki, enerjini boş şeylərə deyil, lazımi məcraya yönəldəsiniz. İşdəki səyləriniz böyük səmərə verəcək, təşəbbüskarlığınız nəzərdən qaçmayacaq. Çox güman ki, vəzifənizi yüksəldəcəklər. Həftənin sonunda köhnə dostlarla görüş gümrahlığınızı artıracaq, sizə yaxşı əhval-ruhiyyə bəxş edəcək.

BALIQLAR işdə bəzi problemlərlə qarşılaşa bilərlər ki, bu da onların əhvalını bir qədər poza bilər. Lakin ruhdan düşməyin, bədbinliyə qapılmayın, o zaman bütün çətinlikləri asanlıqla dəf edəcəksiniz. Həftənin əvvəlində yaranmış narahatlığınızı ətrafdakılardan gizlədə bilsəniz, onlarla ünsiyyət sayəsində ruhunuzdakı gümrahlıq və nikbinlik yenidən özünüzə qayıdacaq.

QOÇLARI yeni ildə cazibədar təklif, maddi uğur gözləyir. Üstəlik yeni işiniz həm də çox maraqlı olacaq. Yeni kollektivdə rəhbərlikdən və iş yoldaşlarınızdan çox maraqlı, perspektivli ideyalar, təkliflər alacaqsınız. Yaxınlarınızdan kiminləsə münaqişəyə yol verməmək üçün ciddi qərarlar qəbul etməli olacaqsınız.

BUĞALAR bu həftə dostları vasitəsilə faydalı və nüfuzlu adamlarla tanış olacaq, işgüzar ünsiyyət dairələrini xeyli genişləndirə biləcəklər. Bu əlaqələrə çox diqqətlə yanaşın, çünki gələcəkdə onların sayəsində peşəkarlıq və maliyyə uğuru baxımından ciddi müvəffəqiyyətlər qazanacaqsınız.

ƏKİZLƏR biznesdə çox şey vəd edən təkliflər ala bilərlər. Lakin bu təkliflərdən imtina etməli olacaqsınız, çünki şəxsi maraqlarınız tərəfdaşlarınızın maraqları ilə toqquşa bilər və razılaşma əldə etmək çox çətin olacaq. Burada son dərəcə diqqətli olmaq lazımdır, emosiyaların məntiqə qalib gəlməsinə yol verilməməlidir. Belə vəziyyətdə yadda saxlayın ki, axırda heç nəsiz qalmaqdansa, bəri başdan azdan imtina etmək daha yaxşıdır.

XƏRÇƏNG özünü operativ surətdə mühüm qərarlar qəbul etməyə kökləməlidir: bütün işlərdə uğur bilavasitə diribaşlığınızdan asılı olacaqdır. Ətrafdakılarla münasibətlərdə təmkinli olun, çalışın yaxınlarınızla münaqişəyə girməyin, çünki sonradan münasibətləri bərpa etmək çox çətin olacaqdır. Çılğınlığınız yalnız ziyan vura bilər, odur ki, özünüzü ələ alın.

ŞİRLƏRİN bütün həftəni sevdikləri yaradıcılıq işinə həsr etməsinə dəyər. Ətalətdən əl çəkin, bacarığınızı, istedadınızı nümayiş etdirmək, özünüzü reklam etmək üçün gözəl vaxtdır. Sizi maraqlandıran məsələlərin nizama salınmasından dərhal nəticələr gözləməyin: onların həlli uzanacaq, amma sizin üçün sərfəli olacaq. Yaxınlarınızın məsləhətlərinə qulaq assanız, pis olmaz, onlar sizə həqiqətən unikal ideyalar verə bilərlər.

QIZLAR bu həftə əvvəllər onlara əlçatmaz görünən bir çox uğurlara asanlıqla nail olacaqlar. Xidməti pillələrlə qalxmaq və xidməti xarakterli məsələləri həll etmək üçün yaxşı imkan yaranacaq. Kommersiya ilə məşğul olursunuzsa, bütün işləriniz uğur gətirəcək. Prinsipiallıq və təşəbbüskarlıq göstərməkdən çəkinməyin.

TƏRƏZİ üçün hər baxımdan uğurlu həftədir, hansı işin qulpundan yapışsanız, uğur sizdədir. Həyat potensialınızın, fəallığınızın, qarşınızda duran istənilən məsələləri həll etmək qabiliyyətinizin artdığını hiss edəcəksiniz. Bu həftə maliyyə baxımından da sizin üçün uğurlu olacaqdır: yaxşı qazanc əldə etmək imkanı yaranacaq.

ƏQRƏBLƏRİN yeni iri layihələrə başlamasına dəyməz. İndi yalnız köhnə işlərdən real fayda əldə etmək mümkündür, sizə tanış olmayan yeni işlər isə hələlik qeyri-müəyyən olaraq qalacaq. Peşə fəaliyyətinizlə bağlı çoxdankı ideyalarınızın həyata keçirilməsi rəhbərliyin diqqətindən qaçmayacaq və sizə həm mənəvi, həm də maddi məmnunluq gətirəcək.

OXATANLARA peşə məsələlərində irəliləyişə nail olmaq imkanı verilir. Bu zaman əsəblərinizi qorumalısınız, emosiyalarınızı cilovlayın, çalışın, ətrafdakılarla mübahisələrə və münaqişələrə girməyəsiniz. Bu həftə öz evinizə də diqqət yetirsəniz, pis olmaz. Bütün bu məsələlərdə dostların və yaxın adamların köməyinə cəsarətlə bel bağlaya bilərsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə