QOÇLARIN bu həftə karyerasında mühüm rol oynaya bilər. Onlar işə planauyğun şəkildə yanaşsalar və öz peşəkarlıqlarından istifadə etsələr, başqalarının həll edə bilmədikləri məsələlərin öhdəsindən gələ biləcəklər. İnamlı görkəminizlə və problemlərə işgüzar yanaşmağınızla həmkarlarınızın və rəhbərliyin rəğbətini qazanacaqsınız.
Ay və Uran biznes üfüqlərini genişləndirməkdə BUĞALARA kömək etmək üçün öz qüvvələrini birləşdirəcəklər. İndiyədək öyrənilməmiş iş istiqamətləri yeni bilik və vərdişlər əldə etməyinizə kömək göstərəcək. Lakin keçən ildən qalmış işləri başa çatdırmaq lazımdır. Bu, yeni iş mərhələsinə sıfırdan başlamanıza imkan verəcək və keçmişin yükü sizə mane olmayacaq.
ƏKİZLƏR dəyişikliklərdən qorxmamalıdırlar, siz yeni vəziyyətdə bəlkə də daha çox nailiyyət qazanacaqsınız. Göndəriş müddətlərinə və cədvəllərinə əməl etmək, işdə dəqiq olmaq lazımdır. Bu, fors-major vəziyyətlərdən qaçmağa və özünüzü artıq stresdən qorumağa kömək edəcək.
XƏRÇƏNGLƏR müsbət nəticələr vermiş əvvəlki fəaliyyətini davam etdirməlidirlər. İndiyədək yaratdığınız əlaqələr yeni layihələrin həyata keçirilməsinə kömək göstərəcək. İşə nə qədər bağlı olsanız da qohumlarla və yaxınlarla əlaqə saxlamağı yaddan çıxarmamalısınız.
Bu həftə Merkuri Günəşlə daha sıx əlaqə saxlayacaq ki, bu da sakitlikdən sonra ŞİRLƏRİN yeni fəaliyyət mərhələsinin qızğın olacağını vəd edir. Mütəşəkkillik və təmkin qüvvənizə qənaət etməyinizə və onu lazımi məcraya yönəltməyinizə imkan verəcəkdir ki, bu da işinizə kömək göstərəcək.
Yaxınları bəzən QIZLARI məntiqsiz davranışları ilə qıcıqlandıra bilərlər. Əsəbiləşmək lazım deyil, yaxşısı budur, nədə haqlı olmadıqlarını onlara sakitcə izah edin və alternativ hərəkət variantını təklif edin. Qarşıdurmadan uzaq, sakit yanaşma istər yaxınlarınızı, istərsə də həmkarlarınızı haqlı olduğunuza inandırmaqda sizə kömək edəcək.
Mars fələyin gözlənilməz şıltaqlıqlarına dözməkdə TƏRƏZİLƏRİN köməyinə gələcək. İşlərin tərs getdiyini düşünürsünüzsə, məyus olmayın. İşdən soyumayın, səylərinizi artırın. Vəziyyəti düzəldə biləcəksiniz. Maliyyə risklərindən qaçın.
Ay ƏQRƏBLƏRİN ətraf gerçəkliyə yeni prizmadan baxmasına kömək edəcəkdir. Ola bilsin ki, əvvəllər diqqətinizdən yayınmış xırdalıqlara nəzər salmaq imkanınız yaransın. Əlavə işdən çəkinməyin, lakin özünüzü həddindən artıq da yükləməyin. Yaxşısı budur, öz sağlamlığınızın qeydinə qalın.
OXATANLAR qazanc imkanını əldən verməklə nə qədər çox pul itirdiklərini dərk edəcəklər. Bəlkə də hər şeyi itirməmisiniz, əlavə iş təklifindən yararlana bilərsiniz.
Uran OĞLAQLARIN biznesdə yeni yüksəkliklər fəthetmə strategiyası hazırlamasına kömək edəcək, Merkuri onu sağlam düşüncə ilə zənginləşdirəcək və işi sürətləndirəcək. İşdəki uğurlarınız ailənizə daha çox fayda gətirməyinizə imkan verəcək.
Bu həftə DOLÇALARIN faydalı axtarışlar aparıb bir çox yenilikləri öyrənməsinə, habelə öz gizli istedadlarını aşkara çıxarmasına imkan verəcək. Yeni informasiya iş planlarında dəyişikliklər etməyə kömək göstərəcək.
Bayram əhval-ruhiyyəsindən sonra BALIQLAR üçün iş formasına qayıtmaq asan olmayacaqdır. Lakin Yupiter özünüzü ələ alıb yenidən əmək qələbələrinə və "maliyyə zirvələrinə" doğru can atmağınıza kömək edəcək. Başqasının məsləhətinə qulaq asmaq yaxşıdır, amma təklif olunan variantın sizin üçün nə dərəcədə sərfəli olduğunu özünüz qiymətləndirməlisiniz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB