Deputat Sədaqət Vəliyeva seçicilərilə görüşüb FOTO

Deputat Sədaqət Vəliyeva seçicilərilə görüşüb FOTO

Nizami rayonu 25 saylı II Seçki Dairəsindən seçilmiş Milli Məclisin deputatı Sədaqət Vəliyeva seçicilərilə görüşüb.

Milli Məclisin deputatı seçicilərini dinləyib, onların problemlərilə maraqlanıb.

Qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan bir sıra fərdi xarakterli problemlər müvafiq yerli icra hakimiyyəti sturukturlarına müraciət etmək yolu ilə həll edilib. Həmçinin, rayonda yeni iş yerlərinin yaradılması və məşğulluğun səviyyəsinin artırılması, məhəllələrarası yolların bərpası və yollara asfalt örtüyün çəkilməsi kimi problemlərin hər birinin həlli istiqamətində qanunvericiliklə millət vəkilinə verilmiş səlahiyyətlər çərçivəsində lazımi addımların atılacağı və qeyd edilən məsələlərin daim diqqət mərkəzində saxlanılacağı, bu problemin həlli üçün bu işə cavabdeh olan müvafiq dövlət qurumlarına müraciət ediləcəyi seçicilərin nəzərinə çatdırılıb.

Qeyd edək ki, millət vəkili demək olar ki, hər ay qəbul keçirir. Bu da Sədaqət Vəliyevanın seçicilərinə qarşı nə qədər həssas və diqqətli olduğunu nümayiş etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə