Genetik Ehtiyatlar İnstitutunun əməkdaşı ABŞ-da tədqiqatlar aparıb FOTO

Genetik Ehtiyatlar İnstitutunun əməkdaşı ABŞ-da tədqiqatlar aparıb FOTO

Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru Eldar Mustafayev 3 ay ABŞ-a ezam olunub. İstitutdan SİA-ya verilən xəbərə görə, o, tədqiqatları Vaşinqton Dövlət Universitetində (VDU) ABŞ Kənd Təsərrüfatı Departamentinin (USDA) təsis etdiyi Norman Borlaug Beynəlxalq Təqaüd Proqramı çərçivəsində həyata keçirib.

E.Mustafayev həmin universitetin Bitki Xəstəlikləri Departamentinin rəhbəri, dünya şöhrətli alim, professor Hanu R.Pappunun rəhbərliyi altında dənli taxıl bitkilərində yayılmış virus xəstəliklərini tədqiq etmək üçün VDU-da apardığı tədqiqatların yekunu barədə USDA-nın əməkdaşlarının iştirakı ilə "Taxıl viruslarının müxtəlifliyi və əhalinin strukturu" mövzusunda seminar keçirib.

Sonda, əldə olunan uğurlu nəticələrə görə, E.Mustafayev sertifikatla təltif olunub, AMEA Genetik Ehtiyatlar İnstitutu və VDU arasında gələcək əlaqələrin davam etdirilməsinin vacibliyi qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə