Akif Əlizadə Belarusa səfər edəcək

Akif Əlizadə Belarusa səfər edəcək

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə və vitse-prezidenti, akademik İbrahim Quliyev 23-25 yanvar tarixlərində Belarusa səfər edəcəklər. AMEA Rəyasət Heyəti Mərkəzi aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən xəbərə görə, Belarus Milli Elmlər Akademiyasının (BMEA) Rəyasət Heyətinin sədri, akademik Vladimir Qusakovun dəvəti ilə planlaşdırılmış səfərdə məqsəd BMEA-nın yaradılmasının 85 illiyi və Belarus Elmi Günü münasibətilə təşkil olunacaq tədbirlərdə iştirak etməkdir.

Tədbirlər çərçivəsində "Elmi cəmiyyətin innovativ inkişafı" adlı beynəlxalq elmi konfrans da keçiriləcəkdir. BMEA-nın Tarix Muzeyi və daimi fəaliyyət göstərən elm sərgisinə baş çəkmək də nəzərdə tutulur. Azərbaycanlı qonaqların BMEA-nın institut və digər təşkilatlarına ziyarəti, həmçinin, bədii tədbirlərdə iştirakı da gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə