AMEA-nın 70 illik yubileyi ilə bağlı sərəncam imzalanıb

AMEA-nın 70 illik yubileyi ilə bağlı sərəncam imzalanıb

2015-ci ilin mart ayında Azərbaycan Milli Elmlər Akademiyasının yaradılmasının 70 ili tamam olur. Bununla bağlı, nəşrlər həyata keçiriləcək. Bu məqsədlə AMEA-nın prezidenti, akademik Akif Əlizadə xüsusi sərəncam imzalayıb.

AMEA Rəyasət Heyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən xəbərə görə, sənəddə yubileylə hazırlıqla əlaqədar bir sıra əhəmiyyətli tədbirlərin həyata keçirilməsi, o cümlədən AMEA-nın 70 illik fəaliyyəti və elm aləminə bəxş etdiyi görkəmli simalar, Akademiyanın yaradılmasında və inkişafında müstəsna xidmətləri olan alimlər haqqında kitabların nəşr olunması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə