Bərdədə dövlət yol polisləri reyd keçirib. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, reyd zamanı qayda pozuntuları və sənədsiz avtomobil idarə edənlər aşkar olunub. Bir çox avtomobillər texniki baxışdan keçmədiyi üçün yerindəcə cərimə yazılıb. Sürücülük vəsiqəsi olmayan sürücülərin avtomobilləri isə cərimə meydançasına aparılıb.
Reyddə təhlükəsizlik kəmərinin taxılmaması halları da müşahidə olunub. Polisin əmrinə tabe olmayan sürücülərin bəziləri qaçaraq aradan çıxsalar da, çoxunu saxlamaq mümkün olub.
Qeyd edək ki, reyddə 30 –a yaxın minik maşını cərimə meydançasına aparılıb.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB