Səbail rayonu Bibiheybət qəsəbə nümayəndəliyi hesabat verdi FOTOLAR

Səbail rayonu Bibiheybət qəsəbə nümayəndəliyi hesabat verdi FOTOLAR

Ölkə rəhbərliyi tərəfindən Bakı şəhəri və onun qəsəbələrinə olan diqqət və qayğının artması nəticəsində Səbail rayonunda, həmçinin şəhərin ən qədim yaşayış məntəqələrindən olan Bibiheybət qəsəbəsində bir sıra işlər həyata keçirilib. Ötən il görülən işlərə yekun vurulması, onların təhlili və qarşıda duran vəzifələrin həyata keçirilməsi yolları Səbail rayon İcra Hakimiyyəti Başçısının rayonun təsərrüfat xidmətləri rəhbərləri, rayon və Bibiheybət qəsəbəsi ictimaiyyətinin iştirakı ilə keçirilən və 2013-cü ilin yekunlarına həsr olunan yığıncağında müzakirə olunub, növbəti il üçün konkret tədbirlər müəyyənləşdirilib.

SİA-nın məlumatına görə, hesabat məruzəsi ilə çıxış edən Səbail rayon İcra Hakimiyyəti Başçısının Bibiheybət qəsəbəsi üzrə nümayəndəsi Fariz Xəlilov bildirib ki, qəsəbədə hazırda 2350 nəfər əhali yaşayır, burada həmçinin 360 nəfər məcburi köçkün məskunlaşıb: "Keçən ildə "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" və həmin Proqrama Əlavə Tədbirlər Planının icrası ilə bağlı qəsəbə Mədəniyyət evi və kitabxanada əsaslı təmir-möhkəmləndirmə işləri aparılıb, burada əlavə sahə tikilib, istilik sitemi qurulub. Qəsəbədəki 70 saylı Uşaq bağçası üçün 2 mərtəbəli, 1 musiqi zalı və 3 yardımçı otağı olan əlavə korpus tikilib, bağçanın köhnə binası əsaslı təmir olunaraq lazimi ləvazimatlarla təchiz olunub. Rayon İcra Hakimiyyəti Başçısının qəsəbədə apardığı açıq qəbul zamanı sakinlərin müraciəti nəzərə alınaraq qəsəbədə yeni poçt məntəqəsi yaradılıb".

2013-cü il ərzində RİH-nin köməyi ilə Muxtarov yaşayış sahəsindən "Şıx" çimərliyinə qədər olan ərazidəki hasarlar, nümayəndəlik tərəfindən isə Salyan şossesində 1500 kv. metr sahədə hasarlar ağardılıb, ətrafda abadlıq işləri aparılıbn, Məktəb və N.Quliyev küçələrinə 2800 kv. metr yeni asfalt salınıb. Salyan yolu boyunca istinad divarlarının üzlənməsi, hasar və tikililərin divarlarının rənglənməsi işləri başa çatdırılıb.

Salyan şossesində "Dostluq parkı"ndan Lök Batan dairəsinə kimi ərazidə mütəmadi olaraq iməcliklər keçirilib, burada RİH tərəfindən 15 mindən artıq ağac əkilib, 20.000 kvadrat metr sahədə qazon otu salınıb, ilin sonunda əlavə olaraq daha 5.500 kvadrat ot örtüyü, 10 min kvadrat metr sahəyə yeni asfalt örtüyü çəkilib.

Namiq Quliyev küçəsində abadlıq işləri aparılıb, 300 ədəd yeni ağac və kol əkilib. Qəsəbədəki Xeyir şər evi əsaslı və tibb məntəqəsinin dam örtüyü cari təmir olunub, Səbail rayon MKTB-nin köməyi ilə Məktəb küçəsində yerləşən fərdi yaşayış evlərinin fasadları ağardılıb. Məcburi köçkünlərin məskunlaşdığı "Şıx" sanatoriyasında kanalizasiya sistemi əsaslı, su xətləri cari təmir olunub. Salyan şossesində 400 p/m magistral su kəməri yenisi ilə əvəz olunub, 400 p/m yen kanalizasiya xətti çəkilib.

Şəhid Cəbrayıl Əsgərovun validenylərinin müraciəti nəzərə alınaraq Səbail rayon İcra Hakimiyyəti tərəfindən şəhidin vaxtı ilə oxuduğu 50 saylı orta məktəbin binasına onun xatirə lövhəsi quraşdırılıb. İl ərzində qəsəbədə Səbail rayon Enerci təchizatı və satış idarəsi tərəfindən kabelləşdirmə işləri başa çatdırılıb, qəsəbədə abonentlər tam sayğaclaşdırılıblar. Səbail rayon Qaz İstismar sahəsi tərəfindən qəsəbədəki abonentlər üçün 350 ədəd yeni smart kart tipli sayğac, "Azərsu" ASC tərəfindən isə 70 ədəd yeni su sayğacı quraşdırılıb.

Novruz və Ramazan bayramları, həmçinin 20 Yanvar və Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirilib, ərazidə yaşayan aztəminatlı və qaçqın ailələrinə RİH tərəfindən ayrılan yardımlar paylanıb. Qəsəbə Mədəniyyət evi və 50 saylı məktəb kollektivinin köməkliyi ilə qəsəbədə 8 Mart, Novruz Bayramı, 28 May, Milli Qurtuluş günü ilə bağlı kütləvi tədbirlər, Ramazan bayramında qəsəbədəki xeyir şər evində iftar süfrəsi, dekabrın 12-də Ulu öndər Heydər Əliyevin vəfatının 10 illiyi ilə bağlı qəsəbədə Səbail RİH tərəfindən ehsan süfrəsi təşkil olunub, qəsəbə sakini Əfqan Şərifov RİH-nin maliyyə dəstəyi ilə həcc ziyarətinə göndərilib.

Yığıncaqda çıxış edən Səbail rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən Bakı şəhərinin qəsəbələrinə göstərilən diqqət və qayğıdan, gələcəkdə Bibiheybət qəsəbəsinin daha da abadlaşdırılması, sakinlərin həyat şəraitinin müasir standartlara cavab verə biləcək səviyyəyə çatdırılması üçün görülməli olan işlərdən danışıb.

A.Əsgərov 2013-cü ildə rayonda görülən işlər və həyata keçirilmiş sosial yönümlü layihələr barədə geniş məlumat verərək qeyd edib ki, ölkə başçısının tapşırıqlarına əsasən hazırda Bakı Bulvarının Bibiheybət qəsəbəsinə kimi uzadılması işləri həyata keçirilir: "RİH tərəfindən görülən işlərdən əlavə digər məhəllələr də abadlaşdırılacaq, qəsəbədaxili yolların təmiri, qəsəbənin su və kanalizasiya sistemi yenidən qurulması, qəsəbədaxili küçələrin asfaltlaşdırılması və işaqlandırılması ilə bağlı tədbirlər görüləcək".

Yığıncağın sonunda sakinləri maraqlandıran suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə