"Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən günün birinci yarısında bəzi yerlərdə yağıntılı olacağı gözənilir. Qərb və şimal-qərb küləyi əsəcək". SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib ki, yanvarın 14-də paytaxtda və yarımadada hvanın temperaturunun gecə 1-4, gündüz 5-8 dərəcə isti olacağı gözlənilir: "Həftənin ikinci iş günündə ölkənin rayonlarında hava şəraitinin yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı proqnozlaşdırılır. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir".
Baş hidroloqun sözlərinə görə, yanvarın 14-15-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB