Bu yazımda şəxsləri yox, bəzi fikirləri, düşüncələri və layihələri tənqid etmək istəyirəm. Haqlı olar deyəcəksiniz ki, elə bu saydıqların şəxslərə aid deyilmi? Nə isə... Məqsədim telekanallarımızda artıq uzun zamandır ki, insanlara ürək xəstəliyi tapdıracaq bir müddətdir ki, ekranlarımıza gətirdiyi layihələrin pis və yaxşı tərəflərini araşdırmaqdır. Misal üçün "Səni axtarıram" və digər bu tipli layihələr... Tamamı ilə razıyam, ananı balaya, balanı da anaya qovuşdurmaq, uzun müddət bir-birinin həsrətində olan, itirdiyi əzizini axtarmaq taqətindən düşən insanların ümid yeri olmaq və nəhayətində pis və ya yaxşı xəbərlərlə həmin insanların nigarançılığına son qoymaq alqışlanmalı və təqdirəlayiq haldır. Lakin burada bir məqamı unuduruq. Bu da həmin verilişləri izləyən, ekran arxasında və önündə "zülüm-zülüm" ağlayan tamaşaçılardır – bir az öncə dedim axı: ürək xəstəliyi tapanlar. Hələ sizə bu verilişlərdə iştirak edən yaşlı, sənətindən asılı olmayaraq tanınmış və ya tanınmamış ekspertlərin layihənin əvvəlindən axırına qədər tökdüyü göz yaşından və bu çərçivədə huşunu itirənlərin "kordioqrammalarından" danışmıram.. Bəs onların buradan qazancı nədir? Tapdıqları ürək xəstəliyi? Necə etmək olar ki, bu "xəstələrin" sayı azalsın?
Olmazmı ki, verilişin reytinqini artırmaq üçün duyğusal sözlərə, əzizini itirənin "canını alacaq" həzin və ya vahiməli mahnılara, bu da azmış kimi iki insanın qovuşacağını onların özlərindən çox həsrətlə gözləyən tamaşaçıların ekranın "içinə girdiyi" anda aparıcının həm tamaşaçılara, həm də qovuşmağı gözləyənlərə "şok terapiyası" tətbiq edərək "İndi isə sponsorlarımızdan danışmaq istəyirəm..." deməsinə son qoyulsun?
Psixologiya və konsultasiya mərkəzinin psixoloqu Elnur Rüstəmov deyir ki, hər bir verilişin olduğu kimi bu tip layihələrin də süjet xətti var: "Onların məqsədlərindən biri də layihənin reytinqinin qorunub saxlanılmasıdır. Lakin insanlar bu verilişləri izləyir və özlərini burada iştirak edən şəxslərin yerinə qoyur, ağlayır və kövrəlirlər. Bunun isə tamaşaçıların psixologiyasına mənfi təsiri barədə danışmaq çətindir. Çünki telekanallarımızda bundan da mənfi verilişlər və filmlər nümayiş etdirilir.
Xeyr, xeyr! Düşünməyin ki, insanları ağladan, onların psixologiyasına mənfi təsir göstərən bu kimi layihələrə qarşı qərəzim var. Sadəcə reytinq xətrinə insanların duyğuları ilə "oynamaq" etik cəhətdən də düzgün deyil..
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB