Bu gün köhnə Yeni ildir

Bu gün köhnə təqvimlə yeni il girir. SİA-nın məlumatına görə, yanvarın 13-də Yeni ilin qeyd olunması Rusiyada xristianlığın qəbulundan sonra baş verib. Bu tarixi pravoslav kilsəsi İsa peyğəmbərin doğum günü ilə əlaqədar tərtib etdiyi təqvim əsasında müəyyənləşdirib.

Köhnə yeni il Rusiya ilə yanaşı Ukrayna, Belarus, Serbiyada, Çernoqoriya və İsveçrədə keçirilir.

Köhnə Yeni ilin bayram rəmzlərinə gəldikdə isə bunun təzə yeni ildən heç bir fərqi yoxdur. Yalnız keçmişdə qeyd olunan köhnə Yeni ildə insanlar qurbanlar verirmiş. Tarixi mənbələrə görə, Yeni il qarşılayanlar Saturun adlı qocaya yetgin qızları qurban verirmiş. Onlar qızları şam ağacına bağlayaraq donaraq ölmələrinə səbəb olurlarmış. Sonralar insanlar qızların əvəzinə heyvan qurbanları veriblər.

Şaxta babanın insanlara hədiyyə verməsi ənənəsinin yayılması isə eramızın VII əsrinə təsadüf edir. Bu bizanslı din xadimi Miklus tərəfindən yayılıb. Tarixdə baş verən dəyişikliyə baxmayaraq köhnə yeni il hazırda da keçirilir.

Azərbaycanda isə əhali arasında köhnə Yeni il bayramı haqqında məlumat olsa da bu günü qeyd etmirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə