Bakı İstintaq təcridxanasında mobil telefon aparatları aşkar edilərək götürülüb
Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə təqsirli bilinərək həbs edilən şəxs Sevinc İsgəndər qızı Sadıqovanın yanına qısamüddətli görüşə gələn oğlu Rafət Rəvam oğlu Ramizlinin üzərinə baxış keçirilərkən, cibindən daxilində danışıq kartı olmayan 1(bir) ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, həyata keçirilən digər əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2; 178.2.4 və 320.1 maddələri ilə təqsirli bilinərək həbs edilən şəxs Minarə Məhəmməd qızı Allahverdiyevanın saxlandığı kamerada, yatdığı çarpayıda balışın altında gizlədilən, daxilində "Cin" danışıq kartı olan 1(bir) ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
Həyata keçirilmiş daha bir əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1; 177.2.2; 177.2.3 və 177.2.4 maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilən və hazırki işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə təqsirli bilinərək həbs edilən şəxs Aydın Hüseyn oğlu Tağızadənin üzərindən daxilində danışıq kartı olmayan 1(bir) ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb
Hər üç fakt üzrə araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB