Bu gün hava əsasən yağmursuz keçəcək

Bu gün hava əsasən yağmursuz keçəcək

İstirahət günü Azərbaycanda hava əsasən yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya bildiriblər ki, yanvarın 12-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Axşam havanın tutulacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayim cənub küləyi ilə əvəzlənəcək.

Bakı və Abşeron yarımadasında yanvarın 12-də havanın temperaturu gecə 0-4, gündüz isə 5-9 dərəcə isti olacaq.

Azərbaycanın əksər rayonlarında yanvarın 12-də hava yağmursuz olacaq, ayrı-ayrı yerlərdə duman proqnozlaşdırılır. Mülayim qərb küləyi əsəcək. Aran rayonlarında havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacağı proqnozlaşdırılır.

Yanvarın 13-də də Azərbaycan ərazisində analoji hava şəraiti proqnozlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə