Daşkənddə özbək dilində nəşr edilən "Hüquq aləmində" qəzetində Bakıdakı "Qız qalası" haqqında jurnalist Rüstəm Cabbarovun geniş məqaləsi çap olunub.
Məqalənin əvvəlində Bakı haqqında oxuculara məlumat verilir. Bildirilir ki, indi Bakı dünyanın ən gözəl şəhərləri ilə müqayisə edilə bilər. Sonra məqalədə Bakının mənası haqqında danışılır və qeyd olunur ki, bu şəhər "Badi Kubə" (küləklər şəhəri) mənasını verir.
İçərişəhərin tarixi, buradakı abidələr haqqında danışan müəllif "Qız qalası" barədə oxuculara daha geniş məlumat verir, bu qala ilə əlaqədar əfsanələri yada salır, onun tikilməsinin məqsədindən söhbət açır. Deyilir ki, qala 12-ci əsrdə tanınmış memar Məsud İbn Davud tərəfindən inşa edilib və səkkiz mərtəbədən ibarətdir.
Qeyd olunur ki, "Arşın mal alan", "O olmasın, bu olsun", "Telefonçu qız", "Əhməd haradadır", "Uşaqlığın son gecəsi", "Brilyant əl", "Amfibiya adam" və digər məşhur filmlər məhz Qız qalasının yerləşdiyi İçərişəhərdə çəkilib.
Bütün xəbərlər Facebook səhifəmizdə