Zakir Qaralov Sumqayıtda vətəndaşları qəbul edəcək

Zakir Qaralov Sumqayıtda vətəndaşları qəbul edəcək

Baş prokuror Zakir Qaralov yanvarın 24-də saat 11:00-da Sumqayıt şəhər prokurorluğunun inzibati binasında Sumqayıt şəhəri, Abşeron, Qubadlı, Xızı və Zəngilan rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək. Baş Prokurorluğun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Sumqayıt şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin-437-28-79-nömrəli-və [email protected] electron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə