Elmar Vəliyev: “560 məcburi köçkün ailəsi üçün şəhərcik tikilir”

Elmar Vəliyev: “560 məcburi köçkün ailəsi üçün şəhərcik tikilir”

"Göygöl rayonu ərazisində 560 məcburi köçkün ailəsi üçün şəhərcik tikilir". SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, bu barədə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev məlumat verib. Bu il tikintisi başa çatacaq şəhərciyə Gəncənin Hacıkənd qəsəbəsində yaşayan məcburi köçkünlər yerləşdiriləcək. Elmar Vəliyev həmçinin Gəncədə məskunlaşan məcburi köçkünlərin yaşayış şəraitini yaxşılaşdırmaq üçün yeni şəhərciyin salınacağını da qeyd edib: "Yeni şəhərcik üçün Gəncənin qərb hissəsində, tikintisi başa çatan məcburi köçkün şəhərciyinin yaxınlığında 25 hektar torpaq sahəsi ayrılıb".

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə