"Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, axşam bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq". Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev SİA-ya açıqlamasında bildirib ki, yanvarın 11-də paytaxtda və yarımadada havanın temperaturunun gecə 1-4, gündüz 7-10 dərəcə isti olacağı gözlənilir: "Sabah ölkənin bölgələrində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı proqnozlaşdırılır. Arabir güclənən qərb küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturunun Aran rayonlarında gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacağı gözlənilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB