Narkomaniya ilə mübarizə aparmaq üçün ciddi maarifləndirmə tədbirləri görülməlidir BAXIŞ BUCAĞI
Məlum olduğu kimi, hazırda ölkəmizdə narkotiklə mübarizəyə çox ciddi önəm verilir. Ölkəmiz müstəqilliyini qazandığı ilk illərdə də, bu məsələ dövlətin daim diqqətində olub. Hələ Azərbaycan Ümumilli Lideri Heydər Əliyevin dövründə narkotiklərlə mübarizə istiqamətində xeyli işlər görülüb.
Ümumilli Lider Heydər Əliyev narkomanlığa və narkotik vəsitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edirdi. Elə bunun davamıdır ki, ölkə başçısı cənab İlham Əliyevin "Narkotik vasitələrin və narkomanlığın yayılması ilə mübarizə üzrə dövlət proqramının (2007-2012-ci illər) təsdiq edilməsi barədə" sərəncamın imzalanması bu sahədə daha böyük işlər görülməsi üçün zəmin yaradıb. Gənclər narkomaniya əleyhinə kitabları, broşüraları oxuduqda narkotik maddələrin istifadəsindən uzaq olurlar. Narkomaniya ilə mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin, xalqın, ən çox isə gənc nəslin fərdi, birgə fəaliyyətinə, böyük ehtiyac var.
Bir sözlə, gənclər mənəvi və psixoloji, eyni zamanda da fiziki cəhətdən o qədər güclü olmalıdır ki, onu heç bir şər qüvvə təsir altına sala bilməsin. Lakin gəncləri düz yolundan çəkindirənlər, onları narkotik asılılığına düçar edənlər, onlar arasında narkomaniya hallarının yayılmasına çalışan qüvvələr də fəaliyyət göstərir.
Qeyd edək ki, hazırda bütün dünyada olduğu kimi, Azərbaycanda da narkotik istifadəçilərinin böyük əksəriyyətini gənclər təşkil edir. Onların sayı isə ilbəil artmaqdadır. Belə həblər ilk dəfə yeniyetmələrə, gənclərə pulsuz verilir. Onlar buna aludə olduqdan sonra pulla almağa məcbur olurlar. Bu gənclər pul tapmadıqda isə hər cür cinayətə əl atırlar. Bu bir tərəfdən cinayətkarlığın inkişafına şərait yaradırsa, digər tərəfdən gənc nəslin sağlamlığının məhv olmasına gətirir və milli genofondu təhlükə altına alır. Fikir versək görərik ki, ilk narkotik maddə istifadə etməyə başlayanların çoxu depressiyadan çıxmaqdan ötrü bu yola əl atır.
Dünyada"ağ ölüm"ün geniş yayılmasına baxmayaraq, hələlik bu haqda yeniyetmələr üçün heç bir dərs vəsaiti hazırlanmır. Düzdür, bəziləri ailəsinin və yaxınlarının yardımı ilə narkotik asılılığından can qurtarıb normal həyata qayıda bilir. Amma yüzlərlə gənc narkotik aludəsi kimi həyatını davam etdirir. Çünki, gənclərə narkotikin verəcəyi ziyanlardan, xəstəliklərdən xəbərsizdirlər, bunun üçün də bu məsələyə çox sadə yanaşırlar. Yeniyetməyə narkotikdən istifadə etmə deyilsə bunun nə olduğunu təsirlərini bilmədiyi üçün bu zaman yeniyetmədə narkotikə qarşı daha da maraq yaratmış oluruq, amma biz yeniyetmələrə göstərilsə ki, bunun hansı zərərləri var, istifadə edən adam nə vəziyyətlərə düşə bilər, bu addımlar daha təsirli olacaqdır. Narkotik maddələrdən mütəmadi olaraq istifadə insanı məhv edir. Belə ki, bu maddələrdən istifadə insanların alt beyin hüceyrələrini öldürür, mərkəzi sinir sistemini sıradan çıxarır, sonsuzluq və s. kimi acı nəticələrə gətirib çıxarır. Narkomanlarda isə göz bəbəklərinin daralması, yuxusuzluq, iştahsızlıq, rəngin qaralması, sümüklərdə, oynaqlarda ağrılar, qarın ağrısı, əsəbilik, zökəm əlamətləri yaradır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB