Geologiya İnstitutunun gənc əməkdaşı Almaniyada

Geologiya İnstitutunun gənc əməkdaşı Almaniyada

Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutu gənc kadr hazırlığı siyasətini uğurla davam etdirir. İnstitutun gənc əməkdaşı, Neft və qaz geologiyası və geofizikası şöbəsinin mühəndisi Aytən Xasayeva Cənubi Xəzər hövzəsinin dib çöküntülərinin geokimyəvi tədqiqi üzrə təcrübə qazanmaq üçün Almaniyaya gedəcək. SİA-nın məlumatına görə, gənc alim Kill şəhərində yerləşən "Helmholtz Center for Ocean Research Kiel Geomar" mərkəzində dənizin dib çöküntüləri ilə əlaqədar geokimyəvi sahələrin formalaşma xüsusiyyətlərini öyrənəcək.

Bu ilin fevralında başlayacaq bir aylıq təcrübə kursu Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun "Mobillik qrantı" layihəsi çərçivəsində təşkil olunur. Layihənin dəyəri 8500 manatdır.

Bütün xəbərlər Facebook səhifəmizdə