Milli Məclis yeni qərar qəbul edib. Belə ki, bundan sonra parlamentə mobil telefonla daxil olmaq mümkün olmayacaq. Bu barədə SİA-ya MM-in mətbuat katibi Akif Təvəkküloğu açıqlamasında deyib.
Onun sözlərinə görə, bu məhdudiyyət yalnız smartfon və android tipli telefonlara şamil olunub: "Təhlükəsizlik baxımından Milli Məclisin binasına daxil olan bütün şəxslər bu modellərdən olan mobil teleonlarını girişdə mühafizəçilərə təhvil verəcək, binanı tərk edəndə isə geri götürəcəklər. Bu, Milli Məclisə daxil olan hər kəsə aid olunacaq. Burada vəzifə bölgüsü aparılmayacaq. Deputatlardan tutmuş, Milli Məclisə gələn qonaqlar və jurnalistlərin hamısı həmin modeldən olan telefonları binaya daxil olarkən girişdə qoyacaqlar. Təhlükəsizlik baxımından və standartlara uyğun olaraq bəzi avadanlıqların Milli Məclisə keçirilməsi qadağandır. Qəbul edilən qərar artıq Milli Məclisdə tətbiq olunmağa başlayıb".
Akif Təvəkküloğlu onu da bildirib ki, planşet tipli telefonlar da android sisteminə aid olduğundan, həmin qurğular içəri buraxılmayacaq.
Fevralın 1-də keçiriləcək plenar iclasın gündəliyinə hansı məsələlərin salınacağına gəlincə isə A. Təvəkküloğlu vurğulayıb ki, hələlik bu məsələ məlum deyil: "Yanvarın 15-dən komitələrin iclasları başlayır. İclasda müzakirə olunan məsələlərdən sonra iclasın gündəliyi məlum olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB