Cari həftənin sonuna qədər olan hava şəraiti açıqlandı PROQNOZ

Cari həftənin sonuna qədər olan hava şəraiti açıqlandı PROQNOZ

"Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə zəif duman olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev SİA-ya açıqlamasında bildirib ki, şimal-qərb küləyi gündüz arabir güclənəcək: "Yanvarın 9-da paytaxtda və yarımadada havanın temperaturunun gecə 1-4, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir".

Baş hidroloq sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyini deyib: "Gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Lənkəran-Astara zonasında çiskin olacaq. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturunun Aran rayonlarında gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir".

Cari həftənin sonuna qədər hava şəraitində mühüm dəyişikliyin olacağı gözlənilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə