Azərbaycan Milli Elmlər Akademiyası Radiasiya Problemləri İnstitutunda Beynəlxalq layihələr və informasiya şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri namizədi, dosent Mətanət Mehrabovanın rəhbərlik etdiyi "Yeni nəsil günəş elementləri" layihəsi çərçivəsində elmi tədqiqatlar həyata keçirilir. SİA-nın məlumatına görə, layihənin mәqsәdi Cd1-xMnxTe nazik təbəqələri əsasında yüksək effektivlikli, ucuz əmələ gələn, kiçik ölçülü, radiasiya və temperatura davamlı günəş elementlərinin yaradılmasıdır. Layihə ABŞ-ın "Mülki tədqiqatların inkişafı" fondu və Azercell tərəfindən aparılan "STEP" müsabiqəsində II yerə layiq görülüb.
Qeyd edək ki, qeyri-әnәnәvi, alternativ vә bәrpa olunan enerji mәnbәlәrindən istifadə edilməsi XXI әsrin әn aktual mәsәlәlәrindәn biridir. Bunun әsas sәbәbi karbohidrogen ehtiyatlarının tükәnmәsi, onlaın әtraf mühitә mәnfi tәsiri və atom enerjisindən istifadə ilə bağlı risk faktorlarının olmasıdır. Göstәrilәn mәnfi amillәrin qarşısını almaq üçün yeni alternativ enerji mәnbәlәri işlәnmәlidir. Belә mәnbәlәrdәn әn çox perspektivli olanı günәş enerjisi vә onu elektrik enerjisinә çevirmәk üçün daha effektli elementlәrinin yaradılmasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB