“Nə? Harada? Nə zaman?” üzrə Azərbaycan Kubokunun finalı keçiriləcək

“Nə? Harada? Nə zaman?” üzrə Azərbaycan Kubokunun finalı keçiriləcək

"Nə? Harada? Nə zaman?" oyunu üzrə Azərbaycan Kubokunun finalçıları məlum oldu. SİA-nın məlumatına görə, Azərbaycan Respublikası Gənclər və idman nazirliyinin maliyyə dəstəyi, Xəzər İntellektual Gənclər Klubu və Atəşgah İntellektual Oyunlar Klubu tərəfindən təşkil olunamn "Nə? Harada? Nə zaman?" oyunu üzrə Azərbaycan Kubokunun 2013-cü il mövsümünün dördüncü - sonuncu mərhələsi başa çatıb.

Ölkənin 10-a yaxın şəhərində təşkil olunan yarışın mərhələlərində 200-dən çox komanda iştirak edib. Dörd mərhələnin sonunda finala 16 ən güclü komanda vəsiqə qazanıb. Yaxın günlərdə Azərbaycan Kuboku finalının püşkatma mərasimi keçiriləcək. "Nə? Harada? Nə zaman?" oyunu üzrə Azərbaycan Kubokunun finalı yanvarın sonunda təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə