Radiasiya Problemləri İnstitutunun əməkdaşı İspaniyada

Radiasiya Problemləri İnstitutunun əməkdaşı İspaniyada

Azərbaycan Milli Elmlər Akademiyası Radiasiya Problemləri İnstitutunun Beynəlxalq layihələr və informasiya şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri namizədi, dosent Mətanət Mehrabova İspaniyanın Tenerif adasında keçirilən kofransda iştirak edəcək. İnstitutdan SİA-ya verilən xəbərə görə, yanvarın 10-da başlayacaq konfransda M.Mehrabovanın "CdMnTe epitaksial təbəqələrinin elektrofiziki və optik xassələri" adlı plenar məruzəsi və "CdMnTe yarımmaqnit yarımkeçiricilərinin elektron quruluşunun təməl prinsipindən hesablanması", "Cd MnTe bərk məhlullarının nazik təbəqələri" adlı 2 seksiya çıxışı olacaq.

Üç gün davam edəcək tədbirdə tədqiqatçı əlavə olaraq "Sistemlərin nəzəriyyəsi, materialşünaslıq" seksiyasına da rəhbərlik edəcək.

Ezamiyyət Ukrayna Elmi Texnoloji Mərkəzi tərəfindən maliyyələşdirilir. M.Mehrabovanın konfransda təqdim edəcəyi məruzələrin mövzusu bərk cisimlər fizikası və radiasiya fizikası sahələrini əhatə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə