DSX Şəmkir Sərhəd Dəstəsinin yeni inşa olunmuş qarnizonunun açılışı olub FOTO

DSX Şəmkir Sərhəd Dəstəsinin yeni inşa olunmuş qarnizonunun açılışı olub FOTO

Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) Şəmkir Sərhəd Dəstəsinin yeni inşa olunmuş qarnizonunun açılışı olub. SİA-nın bölgə müxbirinin xəbərinə görə, tədbirdə DSX rəisi Elçin Quliyev də iştirak edib. Bildirilib ki, yeni inşa olunan qarnizon xidməti və yaşayış sahəsi 22 ədəd binalar kompleksi, o cümlədən 106 mənzilli yaşayış sahəsindən ibarətdir. Burada xidmət üçün bütün şərait mövcuddur. Hərbi texnika parkı inşa olunub, ideoloji mərkəz yaradılıb. Açılışda çıxış edən DSX rəisi, general-leytenant Elçin Quliyev qeyd edib ki, son illərdə Şəmkir SD-də 20 mindən çox sərhəd pozucusu, külli miqdarda qaçaqmal tutulub. SD-nin Ermənistanla cəbhə xətti və Gürcüstan sərhədinin birləşdiyi ərazidən başladığını, Gürcüstanla sərhədin 190 kilometrini mühafizə etdiyini bildirən DSX rəisi qeyd edib ki, cəbhə xətti ilə təmasda olmaq şəxsi heyətin daim döyüş hazırlığını yüksək səviyyədə saxlamasını şərtləndirir.

Elçin Quliyev deyib ki, digər bölgələrdə də müasir tipli hərbi hissə, yaşayış kompleksləri inşa olunur. Bu il ərzində sərhəd mühafizəsi üzrə yeni sistemlərin tətbiqi nümayiş etdiriləcək. Daha sonra binalara baxış keçirilib. Həmçinin xidmətdə fərqlənən şəxslərə fəxri fərmanlar verilib.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə