Gənclər siyasəti uğurlu bəhrəsini verməkdədir

Gənclər siyasəti uğurlu bəhrəsini verməkdədir

Azərbaycanda həyat keçirilən gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Dövlətimiz gənclərin yüksək təhsil alması, vətənpərvərlik ruhunda böyüməsi ücün önəmli proqramlar həyata keşirir. Xüsusi ilə də, gənclərimizin dünyanın nüfuzlu ali məktəblərinə təhsil almağa göndərilməsinə böyük önəm verilir. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində xaricdə təhsil almış və dövlət qulluğunda çalışmaq istəyən gənclərə xüsusi şərait yaradılır. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 5000 gəncin dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi nəzərdə tutulub. Bu günədək 1204 azərbaycanlı gənc ölkəmizin ehtiyac duyduğu sahələr üzrə müxtəlif təhsil səviyyələri üzrə dünyanın ən qabaqcıl universitetlərinə göndərilib.

Bununla yanaşı, Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin əsas, özül təbəqəsinə çevrilib. Gənclərin öz bilik və bacarıqlarını, təbii potensialını effektli reallaşdırmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin etmək məqsədilə bir sıra tədbirlər həyata keçirilir. Belə ki, gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı və istedadlı gənclərə dövlət qayğısının artırılması, gənclərin sağlamlığının qorunması və fiziki inkişafı sahəsində gənclərin məşğulluğu təmin edilir.

Gənc ailələrə və gənclər təşkilatlarına dövlət yardımı edilir. Azərbaycan gənclər siyasətinin bir hissəsidə cəmiyyətin inkişafında və gənclərin problemlərinin həlli yolunda, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, paytaxt və regionlarda yaşayan gənclərin fikir mübadiləsinə şərait yaratmaq məqsədidir. Gənclərimiz bu gün dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında və s. sahələrdə təmsil olunur və cəmiyyətin inkişafına öz töhfələrini verirlər. Dövlət orqanlarına təkcə 2008-2012-ci illərdə işə qəbul edilənlərin 60 faizdən çoxunu gənclər təşkil edib. Onu da qeyd edək ki, hazırda ölkədə 200-ə yaxın gənclər təşkilatı, 20-dən artıq ali məktəbdə fəaliyyət göstərən tələbə gənclər təşkilatları var. Onların əhatə etdikləri məsələlər də kifayət qədər genişdir. Bakıda Gənclər Mərkəzinin, regionlarda isə "Gənclər Evi"nin inşa edilməsi üçün müvafiq addımlar atılıb. Artıq 12 rayonda gənclər evləri fəaliyyət göstərir.

Bir sözlə, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə fəal iştirak edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə